Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə şair Cabir Savalanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib

13.02.2026

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mərkəzi Kitabxanasının və “Duyğu” ədəbi məclisinin birgə təşkilatçılığı ilə kitabxanada şair Cabir Savalanın yaradıcılığına həsr olunmuş xatirə gecəsi təşkil olunub.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə nümayəndəsi Nazim Əzimov, şair İlyas Arran, “Duyğu” ədəbi məclisinin üzvləri, rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zaidov, şairin oğlu Xətai Savalan, “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyev, “Xalq sözü” qəzetinin baş redaktoru Nizami Aslanoğlu, rayon ağsaqqalları, mədəniyyət işçiləri, eləcə də rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Çıxışlarda Cabir Savalanın zəngin yaradıcılıq yolu, poeziyasının vətənpərvərlik və mənəvi dəyərlərlə zəngin olduğu vurğulanıb, onun rayonun ədəbi mühitində özünəməxsus yer tutduğu qeyd edilib. Bildirilib ki, şairin sözə və sənətə bağlılığı, ədəbiyyata sevgisi gənc nəslin formalaşmasında mühüm rol oynayır və əsərləri oxucular tərəfindən maraqla qarşılanır.

Xatirə gecəsi ədəbi-bədii ruhda keçib, səmimi fikir mübadiləsi ilə yadda qalıb. Belə tədbirlərin mütəmadi keçirilməsinin yerli ədəbi mühitin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Sonda şairin oğlu Xətai Savalan tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.