Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Xoclı qisasa səslər” adlı tədbir keçirilmişdir

20.02.2018

20.02.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Xoclı qisasa səslər” adlı tədbir keçirilmişdir. Əvvəlcə Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə həsr olumuş rəsm sərgisinə tamaşa edilmişdir. Sonra dəyirmi masa ətrafında tədbir davam etdirilmişdir. Sabirabad regional Mədəniyyət və Turizm idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, rayon Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov və Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva Xocalı faciəsi ilə bağlı geniş məruzə ilə çıxış etmişdilər. Sonra Xocalı faciəsi ilə bağlı şeirlər səsləndirilmişdir. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş şeir və rəsm müsabiqəsinin qalibləri Gənclər və İdman idarəsi tərəfindən Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.