05.10.2025
Füzuli Dövlət Dram Teatrı Saatlı rayon Mədəniyyət Mərkəzində “Ələddinin sehirli çırağı” nağıl-tamaşasını səhnələşdirib.
Şərq nağılları əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Emin Abışov, plastik həll üzrə rejissoru Anar Bulud, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirəni Murad Mirzəzadə, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti isə Gülgəz Soltanovadır.
Səhnə əsərində rolları Anar Buludov, Emin Abışov, Püstə Əhmədova, Asif Şirinov, İntizar Quliyeva, Şəbnəm Baxışova, Vüsal Həsənov, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli və Vüqar Babayev ifa ediblər.
Tamaşa Ələddinin sehirli çırağı taparaq şahzadə Jasmini divlərdən və cadugər Səlimdən xilas etməsindən, xeyirin şər üzərində qələbəsindən bəhs edir.
Uşaqlar, yeniyetmələr və valideynlər nağıl-tamaşanı böyük maraq və rəğbətlə izləyiblər.