Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda “Tarixi-mədəni irsimiz və müasir cəmiyyət” mövzusunda sərgi keçirilib

02.10.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad Tarix-Diyarşünaslıq Muzeyi və Sabirabad regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə “Tarixi-mədəni irsimiz və müasir cəmiyyət” mövzusunda tarixi eksponatların nümayiş olunduğu sərgi keçirilib.

Sabirabad regional “ASAN xidmət” mərkəzinin direktoru Elvin Cəfərov və mərkəzin əməkdaşları sərgi ilə yaxından tanış olublar.

Muzeyin direktoru Ayşən Astanova eksponatlar barədə ətraflı məlumat verərək onların tarixi dəyərindən, milli kimliyimizin formalaşmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırıb.