Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

02.10.2025

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Beyləqan rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Konstitusiya və Suverenlik: milli birlik və müstəqilliyimizin təməli" dir mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində 1995-ci il 12 noyabrda ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya müasir, müstəqil Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət əsaslarını formalaşdırıb, vətəndaşların hüquq və azadlıqlarının təmininə, milli-mənəvi dəyərlərin qorunmasına və dövlətimizin inkişafına möhkəm zəmin yaradıb. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində dövlətimizin suverenliyi tam bərpa olunaraq Konstitusiyamız bütün ölkə ərazisində təmin edilib.

Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” və bu il çərçivəsində keçirilən tədbirlər, gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması, dövlətə bağlılığın və milli kimliyin qorunması baxımından mühüm ideoloji əhəmiyyət kəsb edir və mənəvi missiya daşıyır.