Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlıda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

30.09.2025

Saatlı Tarix-Diyarşünaslıq Muzeyində

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, Filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın “Şirin ömür payım vətənə qurban” adlı kitabının təqdimatı keçirilib.

Kitab Azərbaycanın müxtəlif bölgələrindən olan şəhidlərə həsr olunub. Onlardan biri də Birinci Qarabağ döyüşlərində şəhid olmuş Saatlı rayonunun Məmmədabad kənd sakini Azad Bayramovdur.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi, şəhid ailələri, qazilər, şəhid Azad Bayramovun ailə üzvləri, müəllimləri və rayon ictimayyətinin nümayənləri iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidlərin qəhrəmanlıq yolunun xalqımıza örnək olduğunu, onların xatirəsinin daim ehtiramla yad edildiyi vurğulayıblar. Qeyd olunub ki, təqdim olunan kitab şəhidlərin həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.

Sonda kitabın müəllifi çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.