Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə “Ən uca, şərəfli ad” adlı tədbir keçirilib

26.09.2025

İmişli rayon İcra Hakimiyyəti və Mil–Muğan Mədəniyyət İdarəsinin İmişli rayon üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə II Vətən Müharibəsi şəhidi Bəylərov Elnur Etibar oğlunun əziz xatirəsinə həsr olunmuş "Ən uca, şərəfli ad" adlı tədbir keçirilib.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, mədəniyyət işçiləri, rayonun hüquq, mühafizə orqanlarının əməkdaşları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra İmişli rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri çıxışında 27 Sentyabr – Anım Gününü xalqımızın qürur günü adlandıraraq, şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinin sosial qayğılarının həlli istiqamətində dövlətin ardıcıl tədbirlər gördüyünü vurğulayıb. Şəhid atası Bəylərov Etibar isə oğlu ilə fəxr etdiyini bildirərək tədbirin təşkilinə görə İcra Hakimiyyətinə və Mədəniyyət Mərkəzinə minnətdarlığını ifadə edib.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiyalar və videoçarx nümayiş olunub, vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.