26.09.2025
Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Xalq” teatrının quruluşunda 27 sentyabr-Anım Gününə həsr olunmuş “Mat və Qələbə” adlı tamaşa təqdim olunub.
Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin müəllim-şagird kollektivi, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirakı edib.
Tamaşanın süjeti 1-ci Qarabağ müharibəsi qazisi, kantuziya almış tarix müəlliminin şahmat nümunəsi ilə gənclərə vətən sevgisi aşılamasından, torpaqların azad olunacağına inamdan, 27 sentyabrda ordumuzun əks-hücum əməliyyatına başlamasından, şəhid və qazilərimizin qəhrəmanlığı ilə düşmənin “Mat” edilib böyük "Zəfər"in qazanılmasından bəhs edir.
Sonda şəhid ailələrinə göstərilən diqqət və ehtiramın nümunəsi olaraq onların ailə üzvləri və əzizləriə sürəkli alqışlarla ehtiram göstərilib və qeyd olunub ki, zəfər tariximizin şanlı səhifəsi olan bu gün heç zaman unudulmayacaq və daima ehtiramla yad ediləcəkdir.