Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbirlər planına əsasən Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinə start verilmişdir.Bu məqsədlə Mərkəzin foyesində faciənin ildönümünə həsr olunmuş guşə yaradılıb. Tədbirdən öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru M.Ağazadə erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb. Sabirabad Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi A.İsmayılova faciənin 26-cı ildönümündə soyqırımın dünya səviyyəsində tanınması və təbliğ edilməsi,düzgün qiymətləndirilməsi istiqamətində dövlətimizin kifayət qədər işlər gördüyünü vurğulayıb.Tədbirin sonunda iştirakçılara şagirdlərin hazırladığı “Xocalı-qan yaddaşımız”adlı kompozisiya təqdim edilib.Ürəyi Vətən eşqi ilə döyünən şagirdlərin hazırladığı bu kompozisiya bir anlıq hamını dəhşətli Xocalı gecəsinə qaytarıb.

22.02.2018