Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq Teatrı və “Mübarizlər”əlillərdən ibarət teatr qrupu Xocalı faciəsinin 26-cı ildönümü iləəlaqədar”Xocalı harayı”adlı ədəbi bədii kompozisiya ilə cəbhə bölgəsi olan Tərtər rayonunda yerli əhali və məktəblilər qarşısında çıxış etmişlər. Əsasən vətənpərvərlik mövzusunda olan kompozisiyanın quruluşçu rejissoru S.Əliyev,quruluşçu rəssamı isə F.Əsgərovdur. Kompozisiya mənfur ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər nəticəsində didərgin düşmüş soydaşlarımızın həyatından bəhs edir.Qeyd edək ki kollektiv tərəfindən təqdim olunan tamaşa yüksək qiymətləndirilmişdir. Teatr müxtəlif festivallarla yanaşı,tədbirlər planına əsasən Azərbaycanın işğaldan azad olunmuş kənd və qəsəbələrində repertuarında olan tamaşalarla çıxış edirlər.Kollektivin cəbhə bölgələrində silsilə tədbirləri davam edir.

21.02.2018