Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayonunda veloyürüş keçirilib

03.06.2025

3 İyun - Dünya Velosiped Günü münasibətilə Sabirabad rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Gənclər və İdman İdarəsi, Regional Təhsil İdarəsi, Sabirabad Gənclər Evi SXM, MİHİ Sabirabad rayon Komitəsi və GİKM Mil-Muğan Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda veloyürüş keçirilib.

Sabirabad Gənclər Evinin qarşısından başlayaraq 4 km məsafəni əhatə edən marşrut Kür və Araz çaylarının qovuşduğu məkanda başa çatıb və finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir keçirilib.

Tədbirdə Mil-Muğan RMİ-in rəisi Nadir Quliyev, Mil-Muğan RGİİ-in rəisi vəzifəsini icra edən Elçin Qiyasov, Mil-Muğan RTİ-in müdiri Bəhruz Nəbili, Sabirabad RİH-in nümyəndəsi Fərid Ağazadə, Sabirabad Gənclər evi SXM-in direktoru Rəşad Qurbanov və GİKM Mil-Muğan Regional nümayəndəliyinin kordinator əvəzi Bilal Muxtarov çıxış edərək yürüş haqqında iştirakçıları məlumatlandıraraq öz təbriklərini çatdırıblar.

Yürüşdə 100-ə yaxın həvəskar velosipedçilər, həmçinin şəhər sakinləri iştirak ediblər.

Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.