09.11.2024
8 Noyabr - Zəfər Günü münasibətilə Beyləqanda rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin köməkliyi ilə bayram tədbiri keçirilib.
Beyləqan rayonunun şadlıq saraylarından birində təşkil olunan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, mədəniyyət işçiləri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülməklə başlayan tədbirin rəsmi hissəsində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Şahin İsmayılov və digər natiqlər çıxış edərək tədbir iştirakçılarını təbrik edib edib.
Daha sonra tədbirin bədii hissəsində mədəniyyət nümayəndələrinin ifasında tarixi zəfərimizə həsr edilən rəngarəng musiqi proqramı, rəqs nömrələri nümayiş olunub.