23.10.2024
Məlum olduğu kimi Azərbaycan Kinematoqrafçılar İttifaqı bölgələrdə film nümayişini davam etdirir.
"Muğanda Kino Günləri"nin növbəti nümayişi 23 oktyabr 2024-cü il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Saatlı rayon Mədəniyyət Mərkəzində baş tutub.
Qeyd edək ki, tamaşaçıların ilk dəfə seyr etdiyi filmlərin əksəriyyəti Qarabağ müharibəsi mövzusundan bəhs edir.
Filmlərin nümayişində məqsəd son illərdə dövlət sifarişi ilə və müstəqil istehsal olunan Azərbaycan filmlərini yerli tamaşaçılara çatdırmaqdır.
Nümayişin rəsmi hissəsində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Fərhad Mürsəlov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə nümayəndəsi İlkin Zeynalov, rayon Mədəniyyət Mərkəzinin müdiri Bəylər Əliyev belə layihələrin regionlarda təşkilinin təqdirəlayiq addım olduğunu vurğulayıb, təşkilatçılara təşəkkür ediblər.
Nümayişdə aşağıdakı filmlər təqdim olunub:
1. “Tənha insanın monoloqu” - ortametrajlı bədii film, rejissor Emin Əfəndiyev
2.“Evsiz qalmış ay” - qısametrajlı sənədli film, rejissor Atanur Nəbiyeva
3.“Qırmızı” - qısametrajlı bədii film, rejissor Tahir Tahiroviç
4.“Mən burdayam, ilahi” - tammetrajlı bədii film, rejissor Qulu Əsgərov
5.“Titrəmə” - qısametrajlı bədii film, rejissor Amil Amal