Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad MKS-də dəyirmi masa

12.02.2018

12 fevral 2018-ci il tarixdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin fəaliyyətinin təkmilləşdirilməsinə dair Mədəniyyət və Turizm Nazirliyinin 11.04.2016-ci il tarixli tədbirlər planına əsasən tədbir keçirilmişdir. Tədbirdə Şirvan şəhəri, Hacıqabul, Saatlı rayonlarının MKS-nin direktorları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Sabirabad MKS-nin direktoru E.Urufov qeyd edərək bildirdi ki, oxucular arasında mütəmadi olaraq ən yaxşı məqalələr müsabiqəsinin keçirilməsi, Kənd kitabxana filiallarında “Gənc turist” guşələrinin yaradılması və təlimatların hazırlanması və s. məsələlərlə bağlı çıxış etdi. Çıxışdan sonra iştirakçılar arasında qaldırılan məsələlər və problemlər barədə müzakirələr aparıldı. Hacıqabul MKS-nin direktoru D.Həsənov da öz çıxışında Mərkəzi kitabxananın İnformasiya-Resurs və Kitabxana-biblioqrafiya prosseslərinin avtomatlaşdırılması şöbələrinin əməkdaşları tərəfindən kənd kitabxana filiallarında çalışan işçilərə kompüter və ALİSA proqramı ilə işləmə vərdişlərinin tədricən öyrədilməsini, şəhər, qəsəbə və kənd kitabxana filiallarının işçiləri tərəfindən həmin regionun tarixini, mədəniyyətini, turizm potensialını, spesifik xüsusiyyətlərini əks etdirən məlumatların "Vikipediya"da yerləşdirilməsini məqsədə uyğun hesab etdi. Saatlı rayon MKS-nin direktoru S.Bağırov öz fikirlərini təcürbəsində necə təbliğ edilməsi barədə təkliflərini verdi.

Sonda MKS-nin direktoru E.Urufov iştirakçıların bütün suallarına aydınlıq gətirərək cavablandırdı.