Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlıda ”Vaqif” dramı əsasında hazırlanmış tamaşa nümayiş olunub

08.06.2024

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Nəsimikənd kənd Folklor evi, Nəsimikənd kənd “Adıgün” Mədəniyyət evinin və Nəsimikənd kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun “Vaqif” dramı əsasında hazırlanmış tamaşanın təqdimatı olub.

Qeyd edək ki, “Vaqif” dramı əsasında hazırlanan tamaşa Nəsimikənd mədəniyyət müəssisələri tərəfindən ilk dəfə 1983-cü ildə təqdim olunub. 41 ildən sonra yenidən səhnələşdirilən tamaşanın təqdimatına 1983-cü ildə müxtəlif obrazları canlandıran və kənddə yaşayan insanlar dəvət olunublar.

Məktəblilər və mədəniyyət işçilərinin əməyi nəticəsində ərsəyə gələn tamaşa izləyicilər tərəfindən maraq və alqışlarla qarşılanıb.