Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tanınmış yazıçılarla Sabirabadda görüş keçirilib

05.06.2024

Dövlət xadimi, yazıçı, jurnalist, millət vəkili Aqil Abbas və jurnalist, yazıçı-publisist, “Bizim yol” qəzetinin və saytının baş redaktoru Bahəddin Həzi “Hophopnamə” Kitab Mərkəzində oxucuların qonağı olublar.

Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirin moderatoru Kənan Səmədov yazarların həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib.

Daha sonra qarşılıqlı söhbət şəklində davam edən görüşdə yazarlar Azərbaycanın, xüsusilə Qarabağın yaxın tarixi ilə bağlı xatirələrini bölüşüblər, əsərləri ilə bağlı oxucuların suallarını cavalandırıblar.

Tədbirin sonunda yazarlar hədiyyə olaraq gətirdikləri kitablarını imzalayaraq iştirakçılara təqdim ediblər və xatirə şəkilləri çəkdirilib.