Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlıda Uşaqlar Günü qeyd olunub

01.06.2024

Saatlı Rayon İcra Hakmiyyətinin təşkilatçılığı, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayon üzrə nümayəndəliyinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı Təhsil sektorunun tərəfdaşlığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi, rayonun digər idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak edib.

Saatlı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə qonaqlar öncə uşaqların əl işlərindən ibarət sənət nümunələri və rəsm sərgisi ilə tanış olublar. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı Elmir Bağırov öncə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bütün uşaqları təbrik edib.

Tədbir Saatlı Rayon Bülbül adına Uşaq Musiqi məktəbinin şagirdlərinin və Körpələr evi-Uşaq bağçalarının fidanlarının iştirakı ilə musiqili rəqs nömrələri və şən klonun zarafatları ilə davam edib.

Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.