Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişlidə Uşaqlar Günü qeyd olunub

01.06.2024

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir”, “Hər uşaq bir dünyadır”, “Yaşıl dünya uşaqların gözü ilə” adlı tədbirlər keçirilib.

Tədbirlərdə İmişli şəhər Uşaq Musiqi və İncəsənət məktəblərinin şagirdlərinin, eyni zamanda rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında rəngarəng musiqi, rəqs nümrələri nümayiş olunub, müxtəlif nağıl qəhrəmanlarının personajları canlandırılıb, təşkil olunan rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə Regional İdarənin İmişli rayon üzrə nümayəndəsi Nazim Əzimov, İmişli rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, valideynlər, məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bu gün münasibətilə uşaqları təbrik edərək, onlara sağlam və sevinc dolu həyat, cəmiyyətdə özlərinə layiqli yer tutmalarını arzulayıblar.

İştirakçılar tərəfindən rəğbətlə qarşılanan tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.