Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəmanlığın Mübariz zirvəsi”

07.02.2018

Şirvan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü münasibətilə “Qəhrəmanlığın Mübariz zirvəsi” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə mərkəzin kiçik elmi işçisi Bibixanım Şükürlü açmışdır. Heydər Əliyev Mərkəzinin əməkdaşı Səkinə Qayıbova və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı İlhamə İmanovanın məruzələri dinlənilmişdir.

         Tədbirin ikinci hissəsində Şirvan şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərindən ibarət musiqi kollektivi “Ana, mən şəhid oldum”, “Cənab leytenant” və digər hərbi vətənpərvərlik mahnılarını ifa etmişdir.