Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət Nazirliyi yanında İctimai Şura Mil-Muğan Regional Mədəniyyət İdarəsi üzrə görüş keçirib

27.04.2024

Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, İctimai Şuranın rəhbərliyi və üzvləri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin son bir il müddətində fəaliyyəti, həyata keçirdiyi layihə və tədbirlər, əldə edilən uğurlar, qarşıya çıxan problemlər və yeni hədəflər haqqında məlumat verilib.

İclasda çıxış edən mədəniyyət işçilərindən ibarət məruzəçilər fəaliyyət göstərdikləri mədəniyyət müəssisələri üzrə əldə edilən nəaliyyətləri, mövcud problem və təklifləri haqqında fikirlərini bildiriblər.

Daha sonra İctimai Şuranın üzvləri və ekspertlər çıxışçıların bildirdikləri təkliflər haqqında öz fikirlərini bölüşüblər, irəli sürülən təkliflər barədə qarşılıqlı fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri Fəxri Fərmanla təltif olunublar.

Tədbir iştirakçıları görüşdən sonra "Hophopnamə" Kitab Mərkəzini ziyarət ediblər.