Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dəyirmi masa və ağacəkmə aksiyası keçirilib

19.04.2024

Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı Sabirabad rayon Heydər Əliyev Mərkəzində rayonun idarə və təşkilatlarının rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxış edərək ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsinin ümumbəşəri problemə çevrildiyi və bu istiqamətdə olduqca böyük işlər görüldüyü barədə məlumat verib.

Daha sonra Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev adına istrahət parkında ağacəkmə aksiyası təşkil edilib.