Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər arasında rəsm sərgisi keçirilib

19.04.2024

Mil-Muğan Regional Gənclər və İdman idarəsi, Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər arasında rəsm sərgisi keçirilib.

Sərgidə 25 şagirdin rəsm əsərləri nümayiş olunub.

Tədbiri Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq rəsm müsabiqəsinin Kür çayı sahilində keçirilməsini təsadüfü saymamışıdır və qeyd etmişdir ki, yaşıl təbiətin qoynunda təşkil olunan bu tədbirdə gənclərimiz öz yaşıl hislərini rəsm əsərlərində təqdim edə bilsinlər.

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev çıxış edərək qeyd etmişdir ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş tədbirlər tək Sabirabad rayonunda yox, eyni zamanda regionun digər rayonlarında da keçirilməsi planlaşdırırlır.

Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müavini Telman Əzimov çıxış ediblər.Həmçinin gəncləri təbrik edərək, mükafatlandırmada iştirak ediblər. Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad şəhər bələdiyyəsinin sədri Kamran Mirzəyev iştirak edib.

Fərqlənən 3 rəsm Regional Təhsil və gənclər və idman idarələrinin birgə diplomları ilə “Əminlər” şirkətinin hədiyyələri ilə mükafatlandırılıblar. Digər rəsm müəllifləri isə diplomla təltif edilib.