Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

27.03.2024

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il 19 aprel tarixində saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 16 aprel 2024-cü il tarixinə qədər Mil-Muğan Regional Mədəniyyət İdarəsinin mil-mughan@culture.gov.az elektron poçt ünvanı, (021) 235-63-97 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.