Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon N saylı hərbi hissədə Novruz şənliyi təşkil olunub

18.03.2024


Tədbir Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib

Sabirabad rayon İcra Hakimyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov çıxış edərək, əziz bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar.

Hərbi hissə komandiri də öz növbəsində çıxış edərək, tədbirin təşkil olunmasından dolayı şəxsi heyət adından minnətdarlığını bildirib.

Keçirilən tədbirdə hərbçilərə bayram sovqatı təqdim olunub. Tədbir rəngarəng konsert proqramı ilə davam edib.

N saylı hərbi hissədə keçirilən Novruz şənliyindən sonra Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əməkdaşları və mədəniyyət işçiləri Sabirabad rayon Əhmədabad kənd Folklor evinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində iştirak ediblər.

Tədbirdə Əhmədabad kənd Folklor evininin Axısxa Halay-Türk Folklor rəqs kollektivi tərəfindən milli rəqs nümunələri nümayiş etdirilib. Eyni zamanda məktəblilərin ifasında bayram əhval-ruhiyyəsində şeirlər səsləndirilib.

Bayram tədbiri müxtəlif musiqi və rəqs nömrələri ilə davam edib.