Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabulda Gənclər günü qeyd edildi

01.02.2018

01.02.2018-ci il tarixində Hacıqabul rayonunda 2 fevral Gənclər günü münasibəti ilə rayon Mədəniyyət Mərkəzi və Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə rayon İcra Hakimiyyəti Başçısı Cənab Əhməd Muxtarov başda olmaqla, bütün idarə və təşkilatlarda çalışan gənclər gül-çiçək dəstələri qoydular. Sonra rayonun Mədəniyyət Mərkəzində 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə rayon Gənclər və İdman idarəsinin il ərzində fəaliyyəti barədə slad şəkilli video çarx nümayiş olundu. Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov çıxış etdi. Sonra sözü rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb Yunusluya verdi. Zeynəb xanım rayon İcra Hakimiyyəti Başçısı Cənab Əhməd Muxtarovun adından bütün rayon gənclərini Gənclər günü münasibəti ilə təbrik etdi. Sonra bir qrup rayon gənci Gənclər və İdman idarəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı. Tədbirin rəsmi hissəsi bitdikdən sonra gənc müğənnilərin ifasında gözəl konsert proqramı tamaşaçılara təqdim olundu.