Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad Kitab Klubu tərəfindən elan olunan ”I Sabirabad Hekayə Müsabiqəsi” yekunlaşıb

11.03.2024

Yazıçı-şairə Nisə Bəyimin doğum gününə həsr olunmuş müsabiqənin yekun tədbiri “Hophopnamə” Kitab Mərkəzində təşkil olunub.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, mədəniyyət işçiləri, Sabirabad rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər və məktəblilər iştirak ediblər.

Tədbirdə çıxış edənlər Nisə Bəyim yaradıcılığının müxtəlif yönlərindən bəhs ediblər, onun özünəməxsus poeziya aləmindən söhbət açıblar, yazıçı-şairə ilə bağlı xatrilərini iştirakçılarla bölüşüblər. Eyni zamanda regionda yaradıcı düşüncəyə malik yeniyetmə və gənclərin potensiallarının inkişaf etməsində belə müsabiqələrin təşkilinin vacib əhəmiyyətini vurğulayıblar.

Daha sonra hekayə müsabiqəsinin qalibləri elan olunub və onlar sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.

Müsabiqə iştirakçıları tədbirin təşkilindən dolayı minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkili çəkilib.