Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səyyar sirk Beyləqan rayonunda

09.03.2024

“Loli” adlı səyyar sirk Beyləqanda balacaların qonağı olub.

Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rayon Olimpiya Kompleksində baş tutan Şou proqramda şən klounlar, illuziyaçı və akrobatlar, kəndirbazlar maraqlı nömrələrlə çıxış edib, əhilləşdirilmiş itlərlə, halqalarla rəqs edən göyərçinlər, həmçinin ilanla maraqlı şoular nümayiş olunub.

Təqdim olunan biri-birindən maraqlı, orijinal çıxışlar və şoular balacalarda xoş təəssürat yaradaraq onlara unudulmaz anlar yaşadıb. Xüsusən də müxtəlif heyvanların bənzərsız çıxışları, toplarla nümayiş etdirilən şoular və uşaqların iştirakı ilə göstərilən səhnələr alqışlarla qarşılanıb.