Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmişli rayon Mərkəzi Kitabxabasında Beynəlxalq Qadınlar Günü qeyd edilib

07.03.2024

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mərkəzi Kitabxanasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın özəl və gözəl varlıqdır" adlı bayram tədbiri keçirilib.

Tədbiri direktor Hürü Şirinova açaraq bu gün münasibətilə qadınları təbrik edib.

Daha sonra direktor 2 nömrəli Otuziki kənd kitabxana filialının qocaman kitabxanaçısı Əsədullayeva Zərqələm Xeyrulla qızını doğum günü, eyni zamanda əmək fəaliyyətinin başa çatması münasibətilə təbrik edərək ona gül dəstəsi təqdim edib.

Tədbir musiqi sədaları altında yadda qalan anlarla davam edib.