Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

07.03.2024

07 mart 2024-cü il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin təşəbbüsü ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Tədbirdə Mədəniyyət müəssisələrinin, Beyləqan Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən Uşaq Gənclər İnkişaf Mərkəzinin, Beyləqan Gənclər Evinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edənlər xanımları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara cansağlıgı, ailə səadəti və gələcək işlərində uğurlar arzulayıb.

Tədbir incəsənət ustalarının şən musiqiləri və rəngarəng rəqsləri ilə davam etdirilib və sonda mədəniyyət müəssisələrinin və gənclər təşkilarlarının işlərində fərqlənən bir qrup əməkdaş Fəxri Fərmanla mükafatlandırılıb.