Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəlin, həmrəy olaq”

30.12.2023

İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı və rayonda fəaliyyət göstərən digər mədəniyyət müəssisələrinin dəstəyi ilə 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Gəlin, həmrəy olaq” adlı tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər və mədəniyyət işçiləri iştirak ediblər.

Mil-Muğan Regional Mədəniyyət İdrəsinin İmişli rayonu üzrə nümayəndəsi çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn yeni il münasibətilə təbrik edib.

Tədbirin bədii hissəsində incəsənət ustalarının ifasında oxunan mahnılar, səsləndirilən musiqilər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda mədəniyyət işçiləri tədbirlərin təşkilində aktiv iştirakına görə Fəxri fərmanlarla təltif edilib.