Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabadda ümumrayon tədbiri təşkil olunub

29.12.2023

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil olunub.

Tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.

Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn bayram günləri münasibəti ilə təbrik edib.

Tədbirin bədii hissəsində Sabirabad şəhər Uşaq Musiqi Məktəbinin və Sabirabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi konsert proqramı maraqla qarşılanıb.

Sonda xatirə şəkilləri çəkilib.