Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqan rayonunda ”Qış Nağılı”

29.12.2023

Beyləqan rayon Mədəniyyət Mərkəzində "Qış Nağılı" adlı Yeni il şənliyi təşkil olunub.

Bayram şənliyində şəhid və qazi övladları, eyni zamanda məktəbəqədər müəssisələrdən uşaqlar, həmçinin məktəblilər iştirak ediblər.

Uşaqların böyük marağına səbəb olan musiqili-əyləncəli şənlikdə Şaxta baba və Qar qız, şən klounlar, müxtəlif nağıl və cizgi filmi qəhrəmanlarının iştirakı ilə uşaqlar üçün bir-birindən maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub, şən musiqi və rəqslər təqdim olunub.

Bayram şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara maraqlı anlar yaşadıb.