Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayonunda ”Qış Nağılı”

28.12.2023

Sabirabad rayon Mədəniyyət Mərkəzində "Qış Nağılı" adlı yeni il şənliyi təşkil olunub.

Uşaqların böyük marağına səbəb olan musiqili-əyləncəli şənlikdə şəhid və qazi övladları, həmçinin məktəblilər iştirak ediblər.

Yeni il şənliyində Şaxta baba və Qar qız, şən klounlar, müxtəlif nağıl və cizgi film personajlarının iştirakı ilə uşaqlar üçün bir-birindən maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub.

Bayram şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara maraqlı anlar yaşadıb.