Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beyləqanda “Heydər Əliyev İli”nə yekun vurulub

26.12.2023

25 dekabr 2023-cü il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanan “Bayraqdarım Öndərim” adlı tədbirlə “Heydər Əliyev İli”nə yekun vurulub.

Tədbir dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx, Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının ifasında “Bayraqdarım Öndərim” adlı ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə rayon Ağsaqqallar Şurasının üzvləri, rayon Təhsil sektorunun müəllim kollektivi, Mərkəzi Xəstəxana Publik Hüquqi şəxsin, Mədəniyyət Müəssisələrinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonda rayon mədəniyyət müəssisələrinin fəaliyyətinə dəstək olan ictimaiyyət nümayəndələri və mədəniyyət işçiləri Fəxri Fərmanla mükafatlandırılıb.