Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yolumuz Heydər yoludur: Sabirabaddan Beyləqana”

08.12.2023

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin elan etdiyi “Yolumuz Heydər yoludur: Sabirabaddan Beyləqana” adlı layihə çərçivəsində növbəti tədbir 8 dekabr 2023-cü il tarixində Beyləqan rayonunda keçirilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan Uşaq İncəsənət Festivalında Beyləqan rayonu üzrə nümunəvi nəticələr göstərən uşaq və yeniyetmələrin iştirakı ilə keçirilən tədbirdə, eyni zamanda mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalında rəsm nominasiyası üzrə uğur qazanmış iştirakçıların rəsmlərindən ibarət sərgiyə baxış keçirilib və mərkəzin əməkdaşları tərəfindən tədbir iştirakçılarına Ulu Öndərin zəngin irsi barədə ətraflı məlumat verilib.

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan tədbirin bədii hissəsində festival iştirakçılarının hazırladığı şən musiqi nömrələri, rəngarəng rəqslər və şeirlər təqdim olunub.

Layihənin növbəti tədbiri 9 dekabr 2023-cü ildə İmişli rayonunda təşkil olunacaqdır.