Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yolumuz Heydər yoludur: Sabirabaddan Beyləqana”

04.12.2023

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin elan etdiyi “Yolumuz Heydər yoludur: Sabirabaddan Beyləqana” adlı layihənin ilk tədbiri Saatlı rayonunda keçirilib.

Tədbir “Heydər Əliyev İli” çərçivəsində keçirilən Uşaq İncəsənət Festivalında Saatlı rayonu üzrə nümunəvi çıxışları olan yeniyetmə və gənclərin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi düzüblər.

Daha sonra Saatlı rayon Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalında uğur qazanmış yeniyetmə və gənclərə Ulu Öndər irsi barədə məlumat verilib.

Tədbirin bədii hissəsində nümayiş olunan rəsm əsərləri, müxtəlif musiqi nömrələri və rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.