Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

02 Fevral 2018-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi və Sabirabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 02 Fevral Azərbaycan Gəncləri gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

02.02.2018

Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan edilmişdir.                                                                                              Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı cənab N.İsmayılov,millət vəkili E.Quliyev,Sabirabad rayon Gənclər və İdman idarəsinin rəisi N.Quliyev çıxış edərək ilk öncə  bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edərək,onlara günü-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik,sağlamlıq və uğurlu gələcək arzulayıblar.Xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən 01fevral 1997-ci tarixində “2 Fevral-Azərbaycan Gəncləri günü elan edilməsi haqqında” sərəncam imzalandığını qeyd edərək,onun qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu gündə gənclər gününün böyük coşğu ilə qeyd edildiyini bildiriblər.                     Rəsmi hissə  ötən il əldə etdiyi nailiyyətlərə və ictimai-siyasi fəaliyyətlərinə görə bir qrup gənc Sabirabad rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və Sabirabad rayon Gənclər və İdman idarəsinin diplomları  ilə təltif olunması mərasimi ilə başa çatıb.                                                                                       Bədii hissə populyar estrada müğənnilərindən Lətifə Soyuöz,Sevda Sanəliyeva,gənclərin sevimlisi reper Qurd (Fərid Emilov), Sabirabad rayon Ü.Hacıbəyov adına Musiqi məktəbinin şagirdi Tural Əliyev, “ATƏŞGAH”rəqs qrupunun bir birindən maraqlı ifaları ilə davam edib.                                                Bayram tədbiri Sabirabad rayonu Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq Teatrının rejissoru Seyidməmməd Əliyevin söylədiyi “Azərbaycan”seiri ilə başa çatıb.