Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yuğ Dövlət Teatrı Sabirabad rayonunda

23.10.2023

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan peşəkar Milli Teatrının 150 illik yubileyi münasibətilə və Mədəniyyət Nazirliyinin dəstəyi ilə regionlara teatrların qastrol səfərlərinin təşkili çərçivəsində 23 oktyabr 2023-cü il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Yuğ Dövlət Teatrının təqdimatında “Toy dəstgahı” tamaşası nümayiş olunub.

Görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi əsasında hazırlanan tamaşaya rejissor Günay Səttar tərəfindən quruluş verilmişdir.

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, o cümlədən rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.

Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.