Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Regionda “Hophopnamə” Kitab Mərkəzi açılır.

12.10.2023

Bölgədə ilk dəfə yaradılacaq müasir kitab mərkəzində ölkənin müxtəlif nəşriyyatlarının stendləri yaradılacaq, onların nəşr etdiyi və sakinlərin böyük maraqla gözlədiyi yeni kitablar kitabsevərlərə təqdim ediləcək.

Müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış mədəniyyət adamları ilə oxu günləri təşkil ediləcək.

Regionda yaşayan hər kəsin faydalana biləcəyi bu kitab mərkəzində, həmçinin əhalinin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə müxtəlif layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

Bədii-estetik zövqünüzü oxşayacaq çoxfunksiyalı müasir kitab mərkəzində göstərilən mədəni xidmətlərin keyfiyyətindən məmnun qalacağınıza əminik.