Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub

16.06.2023

Sabirabad rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Konsertdən öncə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov,Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu Öndərin əziz xatirəsini yad edərək, onun Sabirabad rayonunun mərkəzi meydanında yerləşən abidəsi önünə gül dəstələri qoyublar.

Konsert proqramında Sabirabad rayon Mədəniyyət Mərkəzinin və Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi məktəbinin musiqiçiləri rəngarəng mahnılar ifa edib, Mərkəzin rəqs dərnəyinin üzvləri müxtəlif rəqs nümunələri ilə çıxış ediblər.