Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

01.06.2023

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə, öncə uşaqların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, uşaqları təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb.

Tədbirin bədii hissəsində Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi məktəbinin şagird və müəllim heyətinin ifasında müxtəlif musiqilər səsləndirilib, məktəbin nağara ifaçıları ansamblının ifasında müxtəlif ritmlər ifa olunub, məkətəbəqədər təhsil müəssisələri və orta ümumtəhsil məktəbləri şagirdləri əyləncəli rəqs nümunələri nümayiş etdirib.

Tədbir müxtəlif cizgi film personajlarının və şən klounların uşaqları əyləndirən rəngarəng çıxışları ilə davam edib.