Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq İncəsənət Festivalının birinci mərhələsi Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə də start götürüb

19.04.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsi Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə də start götürüb.

Aprelin 19-da İdarənin tabeliyindəki 9 müəssisədə keçirilən birinci mərhələdə ilkin olaraq, piano ifaçılığı, rəssamlıq, dekorativ-tətbiqi sənət və solo milli rəqs nominasiyaları üzrə qeydiyyatdan keçən uşaqlar iştirak ediblər.

İdarənin xidməti əhatəsindəki region üzrə, ümumilikdə 252 nəfər uşaq qeyd olunan nominasiyalar üzrə Uşaq İncəsənət Festivalının birinci mərhələsində iştirak ediblər.

Qeyd edək ki, peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. II mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.