Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

YARAT Müasir İncəsənət Məkanı tərəfindən “İncə müşahidələr” adlı səyyar qrup sərgisi Saatlı ictimaiyyətinə təqdim edildi

01.03.2023

YARAT Müasir İncəsənət Məkanı tərəfindən “İncə müşahidələr” adlı səyyar qrup sərgisi Saatlı ictimaiyyətinə təqdim edildi.

Açılış mərasimində ictimai əlaqələr üzrə rəhbər Hökümə Kərimova məlumat verərək bildirdi ki, YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın tanınmış və gənc rəssamlarının əsərlərindən ibarət “İncə müşahidələr” səyyar qrup sərgisini Saatlı ictimaiyyətinə təqdim edir.

Sərginin əsas ideyası rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Sərgi, həmçinin universal mövzular ətrafında düşüncələri də əks etdirir.

Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, YARAT Müasir İncəsənət Məkanının baş kuratoru Fərəh Ələkbərli və sərginin kuratoru Zəhra Məmmədova çıxış edərək, səyyar sərginin əhəmiyyətindən, böyüyən gənc nəsildə müasir incəsənət biliklərinin formalaşmasında səmərəliliyindən söhbət açıblar.

Qeyd edək ki, səyyar sərgi çərçivəsində müxtəlif təlimlər keçiriləcək.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatı dəstəyi ilə həyata keçirilir.