Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənc mədəniyyət işçiləri ilə görüş keçirilib

15.02.2023

10 fevral 2023-cü il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP idarə heyyətinin üzvü Kamal Cəfərov gənc mədəniyyət işçiləri ilə görüş keçirib.

“Heydər Əliyev siyasi məktəbi” layihəsi çərçivəsində keçirilən görüşdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və gənc mədəniyyət işçilərindən bir qismi iştirak ediblər.

Görüşdə çıxış edən idarə rəisi Ulu Öndər Heydər Əliyev irsinin təbliğ olunması istiqamətində bu layihənin həyata keçirilməsinin təqdirəlayiq olduğunu bildirib.

Daha sonra millət vəkili çıxış edərək, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən “Heydər Əliyev siyasi məktəbi” layihəsi haqqında məlumat verib.

Görüşdə mədəniyyət işçiləri tərəfindən təkliflər irəli sürülüb və bu təkliflər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.