Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad Regional Mədəniyyət İdarəsi yanında fəaliyyət göstərən şuranın iclası keçirilib.

30.01.2023

30 yanvar 2023-cü il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsi yanında fəaliyyət göstərən şuranın iclası keçirilib.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadənin sədrliyi ilə keçirilən iclasda idarə aparatının əməkdaşları və idarəyə tabe müəssisələrin rəhbərləri iştirak ediblər.
İclasda İdarə rəisi çıxış edərək, Heydər Əliyev Mərkəzlərinin fəaliyyətinin canlandırılması məqsədilə müxtəlif kurs və dərnəklərin yaradılmasının, “Heydər Əliyev İli” çərçivəsində müsabiqə və yarışmaların həyata keçirilməsinin, kitabxanalarda real kitabların siyahısının hazırlanmasının, musiqi alətlərinin real saya uyğun inventarlaşdırılmasının, muzeylərdə “Zəfər tarixi” dərslərinin keçirilməsinin, yaradıcı gənclərin dəstəklənməsinin, yeni layihələrlə regionun mədəni mühitinin canlandırılmasının vacib əhəmiyyət kəsb etdiyini bildirib.
İclasda həmçinin, 2022-ci il ildə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə də müzakirələr aparılıb.
İclas iştirakçıların qarşılıqlı fikir mübadiləsindən sonra yekunlaşıb.