Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qana dönən qərənfillər” adlı tamaşa nümayiş olunub

19.01.2023

18 yanvar 2023-cü il tarixdə Şirvan şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar rejissor-ssenarist Firuzəxanım Abbasovanın hazırladığı "Qana dönən qərənfillər" adlı tamaşa nümayiş olunub.

Tədbirdə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva, Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov və rayon ictimaiyyəti iştirak edib.

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşununun Bakıya girməsi və dinc əhalini qətl etməsi nəticəsində Azərbaycan tarixinin qanlı səhifələrinə yazılan 20 Yanvar faciəsinin iç üzü və buna zəmin yaradan hadisələri əks etdirən tamaşa zalda əyləşənlərin alqışları ilə müşayiət olunub.

Sonda çıxış edən Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva, Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov xalqımızın Azərbaycanın qan yaddaşına çevirilmiş "Qanlı 20 Yanvar" faciəsini heç vaxt unutmamağının vacibliyini bir daha vurğulayıblar, tamaşanın iştirakçılarına uğurlar arzulayıblar.