Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

II Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinin və təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsi davam etdirilməkdədir.

28.12.2022

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən II Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinin və təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsi davam etdirilməkdədir.

Belə ki, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsininin birgə təşkilatçılığı ilə 28 dekabr 2022-ci il tarixində İdarə rəisi Fərid Qurbanzadə və komitə sədri Telman Əzimov tərəfindən Sabirabad rayonunun Surra kəndindən şəhid Firavan Əsgərovun, şəhid Bəxtiyar Mayılovun və Cavad kəndindən şəhid Elgiz Abbaslının ailələri ziyarət edilib.

Təqaüddə olan mədəniyyət işçilərinin ziyarət edilməsi ənənəsinin də davam etdirilməsi çərçivəsində uzun müddət Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbində müəllim və direktor kimi çalışmış Əfiqə Həsənova ziyarət edilib.

Hər dörd ailəyə mədəniyyət işçiləri adından bayram təbrikləri çatdırılıb.