Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qələbənin sədası ritmlərdə əks olundu.

28.10.2022

28 oktyabr 2022-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qələbənin ritmi” adlı nağara müsabiqəsi keçirilib.

Uşaq, yeniyetmə və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin təbliği, xalqımızın mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi məqsədilə keçirilən müsabiqədə iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin qalibləri Sabirabad rayon Mədəniyyət Mərkəzinin fəxri fərmanları və mükafatlarla təltif olunub. Digər iştirkaçılara təşəkkürnamələr təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.