Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kənd mədəniyyət müəssisələrində film nümayişi davam edir.

21.10.2022

21 oktyabr 2022-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzinin Muğan Gəncəli kənd Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevə həsr olunmuş tədbir keçirilib.

Milli Qəhrəman Murad Mirzəyevin böyüyüb boya-başa çatdığı kənddə təşkil olunan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirin davamında İdarənin məsləhətçisi Ağalar Ağammədov, Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev, Muğan Gəncəli kənd İcra nümayəmdəsi Yusif Sətiyev çıxış ediblər.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” film studiyası tərəfindən çəkilən, Murad Mirzəyevin şərəfli ömür yolundan bəhs edən “Komandir” filmi nümayiş olunub və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda xatirə şəkli çəkilib.