Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlı rayonunda yerləşən Cəfərxan mülkü və alman əsirləri qəbiristanlığı ziyarət edildi.

19.10.2022

19 oktyabr 2022-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Sürəyya Zeynalova və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Saatlı rayon üzrə abidə mühafizəçisi Əlibala Əliyev Saatlı rayon Cəfərxan kəndində yerləşən Cəfərxan mülkünü ziyarət ediblər.

İdarə rəisinə Cəfərxan mülkünün tarixi, eyni zamanda bu ərazidə fəaliyyət göstərmiş təcrübə stansiyası barədə ətraflı məlumat verilib.

Daha sonra Cəfərxan kəndində yerləşən, İkinci Dünya Müharibəsi dövründə əsir düşmüş alman əsirləri qəbiristanlığı da ziyarət olunub. 

Qeyd edək ki, Saatlı rayon Tarix-diyarşünaslıq muzeyində Cəfərxan kəndinin tarixinə dair bir sıra sənədlər, fotoşəkillər və sair qorunur.